Xəbərlər

Əziz dostlar və BANM ailəsi

Əziz dostlar və BANM ailəsi❗

Sizi baharın gəlişini müjdələyən, xalqımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə uğurlar diləyirəm.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan torpaqlarının müdafiəsində dayanan mətin əsgərlərimiz, qəhrəman qazilərimiz, ölkəmizin ərazi bütövlüyünün qorunması naminə canlarını fəda edərək, şəhidlik zirvəsini fəth edən Vətən övladları sayəsində Azərbaycan öz ərazi bütovlüyünü bərpa etdi. Çox sevindirici haldır ki, artıq bayram tonqallarımız işğaldan azad edilmiş Qarabağ torpaqlarında yandırılır, qədim və milli bayramımız olan Novruz illərlə həsrətini çəkdiyimiz müqəddəs torpaqlarımızda qeyd edilir.

Baharın gəlişinin carçısı olan Novruz birlik, bərabərlik, gözəllik, torpağın oyanışı, bərəkət deməkdir. Bayram süfrəniz ruzi-bərəkətli, qəlbiniz xoş hisslərlə dolu, sağlamlığınız möhkəm, arzularınız sonsuz, umidləriniz gərçək olsun!

Sizi, ailənizi və sevdiklərinizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə yüksək əhval-ruhiyyə, cansağlığı və səadət arzulayıram.

Novruz bayramınız mübarək!

Ən xoş arzularla,
Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru

#banm #bhos #novruzbayramı #rektoruntəbriki #BANMailəsi