Xəbərlər
BANM-ın müəllimi yüksək mükafata layiq görülüb
Bakı Ali Neft Məktəbinin (BANM) Bədən tərbiyəsi kafedrasının baş müəllimi, Dağlıq Qarabağda müharibə veteranı Pyotr Kuvşinov iki yüksək mükafatla təltif olunub. O hərbi xidmətlərinə görə “Müharibə veteranı medalı” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" medalı ilə təltif edilib.
Qeyd edək ki, Pyotr Kuvşinov 1992-1996-ci illərdə Dağlıq Qarabağda Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparmış, Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Murovdağ, Tərtər və Füzuli kimi qaynar döyüş bölgələrində vuruşmuş və iki dəfə ağır yaralanmışdır.
Müharibə zonasından döndükdən sonra Pyotr Kuvşinov yenidən peşəkar bir idmançı oldu və üzgüçülük və su polosunun tədrisinə başlayıb.
Bir çox nüfuzlu idman müsabiqəsinin qalibi, SSRİ-nin idman ustası Pyotr Kuvşinov 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunlarında su polo hakimi heyətinin tərkibində iştirak etmək üçün dəvət alıb.
2017-ci ildə isə İslam Oyunları zamanı su polosu üzrə Azərbaycan milli yığmasının məşqçisi olub.
BANM ailəsi adından əməkdaşımızı layiq görüldüyü mükafatlara görə təbrik edir, ona yeni nailiyyətlər arzu edirik.