Xəbərlər

UNİTAR BANM ilə memorandum imzalaması haqqında məlumat yaydı

BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) Bakı Ali Neft Məktəbilə əməkdaşlıq haqqında memorandum imzalaması ilə bağlı press reliz yayıb. Məlumat təşkilatın rəsmi saytında yayımlanıb. Məlumatda qeyd edilir ki, qarşılıqlı anlaşmaya əsasən Nigeriyadan olan 15 seçilmiş tələbə BANM-da Neft-qaz mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi alacaq.

 

Xəbərdə həmçinin qeyd edilir ki,bu Memorandumun imzalanması Nigeriyanın neft-qiaz sənayesi üçün yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanması məqsədilə Nigeriya hökumətinin və UNİTAR-ın əməkdaşlığı nəticəsində baş tutub. Məqalədə eyni zamanda BANM-ın yaranma tarixi, uğurları haqqında məlumat verilib və qeyd olunub: “BANM Azərbaycanda profesional mühəndislərin hazırlanması üzrə liderdir və aparıcı təhsil müəssisəsidir. Ali Məktəbin beynəlxalq nüfuzu da artmaqdadır və UNİTAR təhsil və davamlı inkişaf sahələrində BANM ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.”

 

Saytda imzalanma mərasimində UNITAR-ın icraçı direktoru, BMT-nin baş katibinin müavini Nikhil Set və BANM-ın rektoru Elmar Qasımovun əməkdaşlıq haqqında anlaşmanı imzalama mərasimindən olan fotoları dərc olunub.

 

Həmin press-reliz haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən almaq mümkündür:

http://www.unitar.org/signing-ceremony-partnership-agreement-between-unitar-and-bhos