Magistratura

Ümumi məlumat

Magistratura səviyyəsinə BANM-in ilk qəbulu 2017/2018-ci tədris ilində "Kimya mühəndisliyi", "Neft və Qaz Texnologiyaları" ixtisası üzrə keçirilmişdir. Neft və qaz mühəndisliyi ixtisası İngiltərədəki Heriot-Watt Universitetinin ikili diplom proqramı əsasında tədris olunur.

Neft və qaz sənayesi  neft və qaz tədarükündə - həm enerji, həm də kimyəvi xammal mənbəyi kimi - bir sıra problemlərlə üzləşir. Dünyada neft ehtiyatları azalır və hasilat prosesi daha da çətinləşir.    Hər iki problem neft və qaz operatorları üçün böyük texniki çətinliklər yaradır. Problemi həll etməyin yolu sənayedə neft və qaz hasilatı üçün lazımi bacarıq və biliklərə sahib mühəndis sayını saxlamaqdır.

Bu proqram bu problemlər barədə neft və qaz sənayesində çalışan mühəndisləri məlumatlandırmaq üçün hazırlanmışdır. Proqram gələcək neft və qaz əməliyyatlarını optimallaşdırmaq, həsilat prosesini yaxşılaşdırmaq və yerüstü və yeraltı mühəndislik funksiyaları arasında bir keçid təmin etmək üçün hazırlanmışdır. Kurslar maye mexanikası, termodinamika, boru kəməri mühəndisliyi, materiallar, korroziya, texnoloji mühəndislik, rezervuar mühəndisliyi, iqtisadiyyat və neft hasilatı texnologiyalarını əhatə edir.

Qazanılan nəticə

  • Neft və qaz sənayesinin perspektivlərini geniş kimya mühəndisliyi bazası ilə birləşdirmək
  • Neft və qaz ehtiyatlarından böyük ustalıqla istifadə edən enerji şirkətləri üçün dəyərli mütəxəssislər hazırlamaq
  • Yataqların işlənməsi və istismarı üzrə planlaşdırmaya töhfə verir və neft yataqların tədqiqatına təsir edir
  • Neft və qaz sənayesində istifadə olunan müxtəlif avadanlıqların istismarında kifayət qədər təcrübə qazanmaq
  • Neft sənayesinin qazma, hasilat, xidmət və təhlükəsizlik seqmentlərində lazımi bacarıqları tətbiq etmək.

Laboratoriyalar

Kimya mühəndisliyi və Neft və qaz texnologiyaları sahəli üzrə kompüter proqramları ilə təchiz olunmuş laboratoriyalar var. Tələbələr əsasən müasir simulyasiya proqramlarından istifadə edərək sahə inkişafı layihəsini həyata keçirirlər.

 

Partnyorlar

Bakı Ali Neft Məktəbi milli və xarici qurumlarla çox sıx əməkdaşlıq edir. Tələbələr bu müəssisələri ziyarət edərək magistr işlərini zənginləşdirə bilərlər.

Böyük layihələrimizdən biri olan ITACA layihəsi çərçivəsində Tədris və Tədqiqat Mərkəzinin dizaynı və inşası ilə bağlı tədbirlər həyata keçirilir.  AB və yerli qurumları, həmçinin neft və qaz hasilatının ətraf mühitə təsiri sahəsində fəaliyyət göstərən müəssisələri bu tədbirlərdə iştirak edir. Layihə çərçivəsində sahədə işləyəcək məzunların təlimləri keçirilir və bunun sayəsində universitet ilə istehsalat arasındakı əlaqər gücləndirilir. Bundan əlavə, Maire Tecnimont ilə ortaq layihə çərçivəsində şöbəmizdə bir Polimer Tədqiqat Laboratoriyası yaradılacaq və elmi və texniki avadanlıqla təmin ediləcəkdir.