Struktur

Elmi şura

Elmi Şura BANM-in ali idarəetmə orqanıdır. Elmi Şura Azərbaycan Respublikasının təhsil, təlim-tərbiyə, elmi, beynəlxalq və inzibati-təsərrüfat fəaliyyətinə aid qanunvericilik aktlarını, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) daxili normativ sənədlərini rəhbər tutan, BANM-in Nizamnaməsinə, BANM-in rektorunun əmrlərinə və bu Əsasnaməyə uyğun olaraq hər tədris ili üzrə hazırlanmış və müvafiq qaydada təsdiq olunmuş iş planı əsasında fəaliyyət göstərir.