Struktur
İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi
BANM-in İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyəti üzrə bölüşdürülməsi və icraçılara çatdırılması, sənədlərin göndərilməsi, sənədlərin icra müddətinə nəzarət edilməsi, icra edilmiş sənədlərin struktur bölmələrindən tələb edilməsi, sənədlərin surətinin çıxarılması, çoxaldılması, sənədlərin işlər üzrə formalaşdırılması və arxivə verilməsi, sənədlərin saxlanılması və onlardan istifadə edilməsinin təmin edilməsi, kargüzarlığın müntəzəm şəkildə təkmilləşdirilməsi məqsədilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyin həyata keçirilməsi və kargüzarlığın peşə hazırlığının artırılmasını icra edir.