Struktur

İngilis dili və humanitar fənlər mərkəzi

Bakı Ali Neft Məktəbinin İngilis dili və Humanitar fənlər Mərkəzinin əsas missiyası qloballaşan dünyada tələbələrini beynəlxalq standartlara cavab verən müasir dünyagörüşlü mütəxəssis kimi yetişdirmək, eyni zamanda onların ingilis dili vərdişlərini inkişaf etdirməkdir. Peşəkar müəllim heyəti xüsusi intensiv metodlardan istifadə etməklə, bir illik proqram müddətində tədrisin tələbələrə ən yüksək səviyyədə çatdırılmasını təmin edirlər. Proqram boyunca tələbələrə dünya standartlarına uyğun təhsil verilməklə yanaşı, fərdi dəstək də göstərilir. Hazırlıq proqramını başa vuran tələbələr təhsillərini növbəti dərs ilinin başlanğıcında seçdikləri bakalavr ixtisasında davam etdirirlər.

Staff