Beynəlxalq Proqramlar Ofisi

Erasmus + Akademik heyət üçün mübadilə Elanı

 

Müraciət üçün son tarix: 15 oktyabr 2023

​​​​Erasmus+ proqramı (Əsas Fəaliyyət 171) çərçivəsində "Angel Kanchev" adına Ruse Universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edərək akademik mobillik üçün 2 qrantlı yer təklif edir. Seçilən mübadilə iştirakçısı partner Universitetin Prosesslərin Avtomatlaşdırılması Mühəndisliyi fakültəsində iştirak etməlidir.

Kimlər iştirak edə bilər?

  • Bakı Ali Neft Məktəbində fəaliyyət göstərən akademik heyət
  • Müraciət edənlrin dil biliklərinin kafi dərəcədə olması gözlənilir

Mobilliyin müddəti

Mübadilə 5 iş gününü və 1 səyahət gününü əhatə edir.

MÜRACİƏT PROSESİ

Aşağıdakı sənədləri təqdim etməlisiniz:

• Təklif məktubu (maksimum 2 səhifə) – fəaliyyət günləri üçün planınızı ifadə edir. (Təklif sənədini hazırlayarkən adıçəkilən Universitetlə bağlı kiçik araşdırma aparmağı və fəaliyyət göstərdiyiniz sahə ilə tərəfdaş universitetdəki sahənin uyğunluğunu nəzərə alaraq təklifinizi formalaşdırmağı xahiş olunur)

• Pasportun surəti

Müraciət etmək üçün linkə daxil olun:

https://forms.gle/Keuj4bGkN4rCN5ZJ6

MALİYYƏLƏŞDİRİLMƏ

İştirakçı qalma müddətinə (günlər) uyğun olaraq yaşayış xərcləri üçün mobillik qrantı alacaq.

          ◦ Günlük qrant məbləği : Avro 140/gün

          ◦ Səyahət qrantı: Avro 275

SEÇİM KRİTERİYALARI

Namizədlər öz ixtisasları ilə bağlı təkliflərinə əsasən seçiləcək və iki Universitet arasında gələcək qarşılıqlı əməkdaşlığa töhfə verəcəklər.

  1. Ümumiyyətlə, Universitet tərəfindən təklif edilmiş heç bir səfərdə iştirak etməmək (+30 bal)
  2. Son 1 ildə Universitet tərəfindən təşkil edilmiş səfərdə iştirak etməmək (+10 bal)
  3. Niyyət məktubu- Müraciət edən əməkdaşın Partnyor Universitetdə olacaq fəaliyyəti ilə burdakı fəaliyyətin uyğunluğu. Əgər akademik heyət müraciət edirsə, onların universitetdə tədris etdiyi fənlər üzrə partnyor universitetdə uyğun fənlər mövcud olmalıdır. İnzibati heyət müraciət edirsə, BANM-da fəaliyyət göstərdiyi şöbə və ya iş üzrə partnyor universitetdə uyğun department olmalıdır. (+ 40 bal)
  4. Universitetdəki iş təcrübəsi:
  • 1-3 il arası (+2 bal)
  • 3-5 il arası (+5 bal)
  • 5-8 il arası (+8 bal)
  • 8 ildən çox (+10 bal)
  1. Seçki Komitəsi tərəfindən əməkdaşın Universitetdəki iş fəaliyyətində dair verilmiş dəyərləndirmə (+20 bal)

Müraciət üçün tələblər:

  • Universitetdə minimum 6 ay iş təcrübəsinin olması
  • Dil biliyinin minimum B1 səviyyəsində olması (inzibati heyət üçün tətbiq olunur)
  • Səfərdən döndükdən sonar 15 iş günü ərzindı aidiyyəti şöbədə və ya kafedrada təqdimat etmək

Seçki Komitəsinin üzvləri:

  1. Ümumi işlər üzrə prorektor
  2. Mühəndislik fakültəsinin dekanı
  3. Davamli təhsil fakültəsinin dekanı
  4. Tədris-metodiki şöbənin rəhbəri
  5. Proqram meneceri