Beynəlxalq Proqramlar Ofisi

Erasmus+ KA171 Mübadilə layihəsi çərçivəsində İzmir Katib Çələbi Universitetinə çağrı elanı

Kimlər müraciət edə bilər?

Bakı Ali Neft Məktəbinin əyani təhsil alan tələbələri aşağıdakı şərtlərə cavab verdikləri və müraciətlərini bu çağırışda qeyd olunan son tarixə qədər təqdim etdikləri halda tələbə mobilliyindən yararlana bilərlər:

  • Neft-qaz mühəndisliyi 3-cü kursda təhsil alan tələbələr
  • Akademik göstəricisi 100 üzərindən ən az 80 olan tələbələr         

Ayrılmış yer sayı

Bu mübadilə üçün sadəcə 1 tələbə yeri ayrılmışdır.

Seçilən tələbə hər hansı səbəbdən imtina edərsə, gözləmə siyahısında olan növbəti tələbə nəzərə alınacaq.

Necə müraciət oluna bilər?

Maraqlanan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. CV
  2. Motivasiya məktubu
  3. Passportun nüsxəsi  ( Əgər varsa )

Linkə keçid edərək müraciət edə bilərsiniz:

https://forms.gle/KR2sycTRcSGWHsZj8

Seçim kriteriyaları:

BANM Erasmus+ Seçim Komitəsi müraciətinizi aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:

  • Akademik göstəricilər (40 %)
  • Sosial Aktivlik ( 40 %)
  • Müsahibə (20 %)             

Mübadilənin müddəti

2023/24 Akademik təqvim ilinin payız semesteri

Erasmus+ Beynəlxalq Kredit Mobilliyi ən azı bir semestr (3 ay) olmalıdır.

Qrant məlumatları

Hər bir tələbə üçün qrant  4000 AVRO  təşkil edir.

Müraciət üçün son tarix: 12 iyun 2023, 23:59

Müraciət prosesi ilə bağlı bütün sorğular erasmus@bhos.edu.az elektron poçtu vasitəsilə Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinə göndərilməlidir.

Müraciətlərinizlə bağlı sizə uğurlar arzulayırıq.

Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi / Bakı Ali Neft Məktəbi