Beynəlxalq Proqramlar Ofisi
Erasmus+ KA171 Mübadilə layihəsi çərçivəsində Qranada Universitetinə müraciət Elanı
Kimlər müraciət edə bilər?
Bakı Ali Neft Məktəbinin əyani təhsil alan tələbələri aşağıdakı şərtlərə cavab verdikləri və müraciətlərini bu çağırışda qeyd olunan son tarixə qədər təqdim etdikləri halda tələbə mobilliyindən yararlana bilərlər:
- MBA 1-ci kurs üzrə təhsil alan tələbələr
- Akademik göstəricisi 100 üzərindən ən az 80 olan tələbələr
Ayrılmış yer sayı
Bu mübadilə üçün sadəcə 1 tələbə yeri ayrılmışdır.
Seçilən tələbə hər hansı səbəbdən imtina edərsə, gözləmə siyahısında olan növbəti tələbə nəzərə alınacaq.
Necə müraciət oluna bilər?
Maraqlanan tələbələr aşağıdakı sənədləri təqdim etməlidirlər:
- CV
- Motivasiya məktubu
- Passportun nüsxəsi ( Əgər varsa )
Linkə keçid edərək müraciət edə bilərsiniz:
https://forms.gle/Ak8F5kViiVdbpuUN8
Seçim kriteriyaları:
BANM Erasmus+ Seçim Komitəsi müraciətinizi aşağıdakı meyarlar əsasında qiymətləndirəcək:
- Akademik göstəricilər (40 %)
- Sosial Aktivlik ( 40 %)
- Müsahibə (20 %)
Mübadilənin müddəti
2023/24 Akademik təqvim ilinin payız semesteri
Erasmus+ Beynəlxalq Kredit Mobilliyi ən azı bir semestr (3 ay) olmalıdır.
Qrant məlumatları
Hər bir tələbə üçün qrant ayda 850 AVRO və səyahət kompensasiyası 820 AVRO təşkil edir.
Müraciət üçün son tarix: 16 aprel 2023, 23:59
Müraciət prosesi ilə bağlı bütün sorğular erasmus@bhos.edu.az elektron poçtu vasitəsilə Erasmus+ və Beynəlxalq Proqramlar Ofisinə göndərilməlidir.
Müraciətlərinizlə bağlı sizə uğurlar arzulayırıq.
Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi / Bakı Ali Neft Məktəbi