Əcnəbi tələbələrin qəbulu

Tez-tez verilən suallar

1. Proqram üçün necə qeydiyyatdan keçmək olar?

Proqramınızı seçin, veb saytımızda onlayn müraciət formasını doldurun və müraciət formasını bütün sənədlərlə birlikdə [email protected] elektron poçtuna göndərin.

Ödənişə illik təhsil haqqı\foundation proqramı haqqı, əsas təlim materialları və idman obyektlərindən pulsuz istifadə daxildir. Oriyentasiya və sosial proqramlar baxımından da pulsuz dəstək veririk.

Məktəbimizdə yüksək təhsil keyfiyyətinə zəmanət veririk.

Hökumət və prezident təqaüdçülərini yetişdiririk, bu da məktəbimizdə təhsil və təlim səviyyəsinin bir başqa göstəricisidir.

Xalis təhsil haqqından başqa hec bir əlavə ödəniş tələb edməyəcəyik! (miqrasiya xidməti və tibbi sığorta ilə bağlı xərclər tələbə tərəfindən ödənilməlidir).

  • Seçdiyiniz akademik proqrama qeydiyyatdan keçin (onlayn müraciət formasını doldurun).
  • Müraciət forması ilə birlikdə tələb olunan bütün sənədləri göndərin.
  • Təhsil haqqını ödəyin.
  • Qəbul məktubunuzu alın.
  • Vizanız üçün müraciət edin (istisna: Azərbaycanla vizasız rejim tətbiq edən ölkələrin vətəndaşları http://mfa.gov.az/az/content/189)
  • Uçuşunuz haqqında məlumat barədə BANM Beynəlxalq Əlaqələr Şöbəsini məlumatlandırın.

Təqdim olunmacaq sənədlərin mövcudluğunu yoxlayın.

Bakıya gələrkən təqdim olunacaq bütün sənədlərin əsli və notariat qaydasında təsdiq edilmiş surətlərini özünüzlı gətirdiyinizə əmin olun.

Azərbaycan kifayət qədər təhlükəsiz bir ölkədir.

Paytaxt Bakı və ölkənin müxtəlif bölgələrində yerləşən qəsəbə və şəhərlər ilin istənilən vaxtında turistlərin və qürbətçilərin həvəslə ziyarət etdikləri tamamilə təhlükəsiz ərazilərdir.

Lakin, problem yaşamağınız halda və ya təcili yardıma ehtiyacınız olarsa, aşağıdakı əlaqə nömrələrə zənq edə bilərsiniz:

  • Telefon kodları 009
  • Yanğın Xidməti 101
  • Polis 102
  • Təcili yardım 103
  • Qaz qəzası 104
  • Fövqəladə Hallar (SOS) 112
  • Sorğu Xidməti 109

Bəli, zərurət yarandıqda sizi hava limanında qarşılaya bilərik.

Lakin, uçuşunuz ilə bağlı məlumatı və hər hansı bir dəyişiklik və ya gecikmə barədə məlumatı bizə verməlisiniz.

Azərbaycanda orta yaşayış xərcləri Qərbi Avropa və ya ABŞ-a nisbətən çox aşağıdır.

Aylıq qida, nəqliyyat və gigiyenik məhsullar təxminən 150 ABŞ dollarına başa gəlir.

Əlavə yaşayış xərcləri fərdi həyat tərzinizdən və seçimlərinizdən asılıdır.