Beynəlxalq əməkdaşlıq
BANM-UNITAR birgə əməkdaşlığı
BANM BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) ilə birgə həyata keçirilən Nigeriyanın Neft-Qaz Sənayesində Kadr Potensialının Gücləndirilməsi layihəsi çərçivəsində nigeriyalı tələbələrə təhsil imkanları yaradır. Birgə layihənin məqsədi nigeriyalı tələbələrin neft-qaz mühəndisliyi ixtisasında təhsil alması vasitəsi ilə Nigeriyanın neft sektoruna kadr baxımından dəstək olmaqdır. Təhsil müddətində tələbələr nəzəri və praktik biliklərə yiyələnməklə yanaşı, tərəfdaşımız olan müxtəlif neft-qaz şirkətlərində təcrübə keçmək imkanı əldə edirlər. Praktik təcrübə öz növbəsində gələcəkdə tələbələrin beynəlxalq mütəxəssislər olaraq yetişməsinə kömək edəcəkdir. Artıq tələbələrin ilkin qrupu BANM-də təhsilə başlayıblar. Növbəti illərdə layihə çərçivəsində daha çox tələbənin gəlməsi planlaşdırılır.