Beynəlxalq əməkdaşlıq
Tərəfdaş təşkilatlar
BANM bir çox beynəlxalq proqram və layihələrdə fəal iştirak edir, beynəlxalq mühitə fəal inteqrasiya olunmaqla transmilli təşkilatlarla yaxından əməkdaşlıq edir. Beynəlxalq əməkdaşlıq ikitərəfli müqavilələr, anlaşma memorandumları, əməkdaşlıq haqqında razılaşmalar və digər hüquqi çərçivələr əsasında həyata keçirilir. Universitetlərarası əməkdaşlıq təhsil sahəsində ikitərəfli əlaqələr, o cümlədən, müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələri, akademik nəşr vasitələrinin qarşılıqlı mübadiləsi və s. kimi geniş sahələri əhatə edir. BANM Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası (WEUN), Qara Dəniz Universitetləri Şəbəkəsi (BSUN) və Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvüdür.