BANM məzunları

Uğur hekayələri

Mehriban Əliyeva

Kimya mühəndisliyi, 2019 məzunu

- BANM-i seçməkdə məqsədiniz nə idi? Universitet haqqında xüsusi qeyd etmək istədiyiniz təəssürat varmı?

Mən BANM-ı təsadüf nəticəsində seçdim – mənim ən yaxın dostum oraya müraciət edirdi və o zaman mənim həyatda nə etmək istədiyim ilə bağlı planlarım yox idi, ona görə də onun ardınca getdim. BANM o zaman yeni bir universitet idi, lakin ingilis dilində tədris kimi cəlbedici xüsusiyyətləri, yaxşı mühazirələri və iki diplomu var idi. Mən hal-hazırda deyə bilərəm ki, bu yaxşı bir seçim idi. Mənim dərslərimin ilk ili “foundation” ili idi, yəni ki biz yalnız ingilis dili və İKT keçirdik. Bu mənə qəbul imtahanlarından sonra yaxşı bir istirahət verdi. Bu mənə öz inkişafım, hobbilərim və tələbə klubları üçün daha çox vaxt ayırdı. Mən dostlarım ilə musiqi klubunun təməlini qoydum, intellektual oyunlar klubuna qoşuldum və s. Mənim sosial həyatım BANM ilə başladı, hansı ki, çox dəyərləndirirəm. Bu mənə çoxlu tanışlıqlar, maraqlar, bacarıqlar bəxş etdi və mənə özümü və kim olduğumu anlamağa kömək etdi.

- BANM-də təhsil aldığınız müddətdə öyrəndiyiniz ən böyük təcrübə nə olmuşdur? Bunu gündəlik həyatınızda necə tətbiq edirsiniz?

BANM-dakı ixtisas dərslər olduqca çətin idi, lakin onlar mənə özümə güvənməyi və kiçik addımlara inanmağı öyrətdi. Onlar həmçinin mənə heç nəyin birliyə qalib gələ bilməyəcəyini öyrətdi. Mənim və qrup yoldaşlarımın uğur qazanmaq üçün bir araya gəldiyimiz hallar çox olmuşdu.

- Bakalavrdan sonrakı təhsiliniz haqqında məlumat verə bilərsinizmi?

Fikirləşirəm ki, iş haqda sualı ilk və aspirantura dərsləri haqda olanı daha sonra cavablandırmağım daha məntiqli olar. Belə ki, bu mənim işlərimi necə etdiyimin sıralaması idi. BANM-dakı ilk ilimdən artıq başa düşdüm ki, neft-qaz mühəndisliyi tam olaraq mənlik deyildi. Həmçinin mən iqlim dəyişikliyi və ətraf mühitin deqradasiyasiyası kimi mövzular haqda və fosil yanacaqları sahəsinin buna  necə böyük töhfə verdiyi haqda araşdırma apardım. Düzünü desəm, bu məni bir az depressiyaya saldı. Mən neft-qaz mühəndisliyini oxuyurdum, lakin artıq öz prinsiplərimə şübhə ilə yanaşırdım. Qısa zamanda qərara gəldim ki, gələcəkdə (davamlılıq) ilə bağlı bir şey ilə məşğul olmaq istəyirəm. Lakin universitetdən çıxmadım. BANM-ın mənə verdiyi rəsmi təhsildən daha ötə idi – bu təqdimat və analitik bacarıqlar, şəbəkə və liderlik imkanları və daha artığı idi. Mən öz dərslərimə öz-özünə təhsil davamlılığı və iqlim dəyişikliyini əlavə etdim. BANM-da həmçinin oxşar məzmunu olan bir kurs və böyük bir şirkət tərəfindən idarə olunan emalatxana var idi. Bir sözlə, öz istədiyimi öyrənmək üçün yetərincə imkan var idi. Nəticədə, məzun olduqdan sonra mənə BP-də iddiaçı mövqeyi təklif olundu - ətraf mühit iddiaçısı. Mən Sanqaçal Terminalında işləyir, ətraf mühitin uyğunluğunun yerində olduğundan əmin olurdum. Həmin təcrübə mənə çox şey öyrətdi.

- Hal-hazırki iş həyatınız barədə məlumat verə bilərsinizmi (vəzifə/şirkət/sahə)?

BANM-da qazandığım bilik böyük bir rol oynadı: proseslər və əməliyyatları öyrənmək daha asan idi. Mən həmçinin çoxlu (köçürmə) bacarıqlara nail oldum – cədvəllərlə işləmək, prezentasiya və report hazırlamaqda yaxşı idim.

- BANM -in sizi vəzifəyə yaxşı hazırladığını hiss edirsinizmi?

Mən BP-dəki iddiaçı proqramını bitirmədim, 2 ildən sonra çıxdım. Texniki olaraq ətraf mühitlə bağlı işim olsa da, mən yenə də fosil yanacaqları sahəsinə aid olduğumu hiss etmirdim. (Sərhədin digər tərəfində olmaq istəyirdim.) BANM-dakı təcrübəm sayəsində çoxlu (köçürmə) bacarıqlarına malik idim, lakin ətraf mühit elmləri və davamlılıq barədə rəsmi təhsilim yox idi, hansılar ki mənə düzgün ekoloq işini qazandıracaqdı. Buna görə də Magistr təhsili almağı qərarlaşdırdım. Araşdırmağa başladım və bir müddət sonra Almaniyanı təyinat ölkəsi kimi seçməyi qərarlaşdırdım. Baxmayaraq ki, bütün müraciət prosesi Covid-ə görə heç aydın deyil idi, sonda işə yaradı. Hal-hazırda mən Bayreuth-da Global Change Ecology Universitetində təhsil alıram və tezliklə ekoloji tələbə işinə başlamaq üzrəyəm. Mən 3-cü semestrdayam və indiyənədək etdiyim bütün qərarlar ilə çox xoşbəxtəm. Fosil yanacaqları sahəsindən gəldiyimə peşman deyiləm -  mənim üçün dəyərli təcrübə idi. BANM-dakı ilk ilimdən bəri çox dəyişdim, nə vaxt ki özümü müəyyən edir və kim olduğuma qərar verirdim. İndi mən tam olaraq nə etmək və harada olmaq istədiyimi bilirəm. Və BANM bu transformasiyada böyük rol oynadı.

- BANM-ə müraciət etmək istəyən tələbələrlə hər hansı bir ipucu və ya məsləhət bölüşmək istərdinizmi?

Mənim əsas məsləhətim heç vaxt indi etdiyinizin ömrünüzün axırına kimi edəcəyiniz şey olduğunu düşünməməkdir. Əgər siz təhsilinizin yarı yolunda başqa şeylə məşğul olmaq istədiyinizi dərk etsəniz – inanın ki mənə, bunu bacara bilərsiniz. Sizin transfer üçün yetərincə bilik və bacarıqlarınız olacaq. Mənim ikinci və son məsləhətim – tələbəlik illərinizdən istifadə edin. Sizə bunların həyatınızın ən yaxşı illəri olduğunu deməyəcəm, lakin bu ən azı cəhd edib, uğursuz olub və təcrübə apara biləcəyiniz vaxtdır. Tələbə klublarına qatılın, idmanla məşğul olun, dillər öyrənin, dostlar qazanın. Bu səhvlər edib və onlardan nəsə öyrənmək üçün ən yaxşı vaxtdır.