Kitabxana
1. Kitabxananın iş saatları?
09:00 - 18:00 aralığı həftə içi 5 gün
2. Kitabxanadan götürdüyüm kitabı itirmişəm və ya yararsız hala salmışam. Nə etməliyəm?
Ya həmin kitabın pdf formatından nəşr etdirirsiz və yaxud əvəzində dünya ədəbiyyatından bestseller kitab təqdim edirsiniz.
3. Dərsliklərin verilməsi üçün fakültələr üzrə bölgü aparıldıqdan sonra tələbənin öz ixtisasına uyğun olmayan gündə kitabxanaya gəlməsi mümkündürmü?
Yalnız istisna hallarda.(sağlıq problemi varsa)
4. Tələbənin özündən başqa digər şəxsin dərslikləri götürmək ixtiyarı varmı?
Xeyr, yalnız tələbənin öz iştirakı ilə dərsliklər verilir.
5. Dərsliklərin təhvil verilməsini tələbədən başqa digər şəxs həyata keçirə bilərmi?
Bəli.
6. Bədii ədəbiyyatların istifadə müddəti nə qədərdir?
Bir ay müddətdən artıq olmamaq şərti ilə.
7. Nüsxəsi az olan (qiymətli) kitabları kitabxanadan kənar istifadəsi mümkündürmü?
Xeyr, bu kitabların istifadəsi məhz kitabxanada mümkündür.
8. Semestr bitdikdən sonra dərsliklərin vaxtının uzadılması hansı halda mümkündür?
İmtahandan keçə bilməyən və yaxud hər hansı layihə üzərində işləyən tələbəyə icazə verilir.
9. Tələbə universiteti bitirdikdə kitabxana rəhbərliyi tələbənin “Qeyd vərəqi”ni hansı halda imzalaya bilər?
Tələbənin kitabxanaya heç bir borcu qalmadığı halda.