Magistratura

MBA proqramı həm çox illik iş təcrübəsinə malik, həm də karyeralarının ilkin mərhələsində olan şəxslərə istiqamətlənmişdir. Eyni zamanda iş təcrübəsi olmayan, ancaq yüksək akademik nəticələr göstərən və şəxsi, peşəkar fəaliyyətində həqiqi liderlik bacarıqları nümayiş etdirən şəxslər də bu proqrama qəbul ola bilərlər.

AR vətəndaşları üçün:

  • Bütün sahələr üzrə bakalavr və ya digər ekvivalent ali təhsil dərəcəsi
  • Dövlət İmtahan Mərkəzinin imtahan nəticəsi

 

Əcnəbi tələbələr:

  • Bütün sahələr üzrə bakalavr və ya digər ekvivalent dərəcə
  • Minimum 400 GMAT balı
  • Minimum 6.0 IELTS balı
  • Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq güzəştlər tətbiq edilir.