Xəbərlər

BANM-ın tələbələri Baker Hughesda təcrübəyə başladılar

         Bakı Ali Neft Məktəbinin (BANM) beş tələbəsi dünyanın böyük neft və qaz servis şirkəti olan “Baker Hughes”un Azərbaycandakı nümayəndəliyində iyun ayından etibarən  təcrübə proqramına başlayıblar. Proqramda iştirak üçün seçim 80 nəfər üzərindən, Ali Məktəbin 3-cü və 4-cü kurs tələbələri arasından edilib. Seçim prosesinin ilkin mərhələsi test imtahanlarından, ikinci mərhələ isə müsahibədən ibarət olub. Nəticələrə əsasən Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisas üzrə təhsil alan tələbləri  - Orxan Xankişiyev, Elgün Yusifov, Məhəmməd Əliyev və “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri  - Sahib Abdullayev və Yaqub Yusifov qalib gəliblər.

 

       2015-ci ildən BANM-la əməkdaşlıq edən “Baker Hughes” şirkətinin Ali Məktəbin tələbələri üçün təşkil etdiyi yay istehsalat təcrübə proqramı 3 ay davam edəcək.

 

       Qeyd edək ki, bir müddət öncə BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının bu ilki məzunu  Emiliya Məmmədova “Baker Hughes” şirkətinə aparıcı sahə mütəxəssisi vəzifəsinə işə qəbul olunub. O, Rusiya, Qazaxıstan və Azərbaycandan olan 7500 namizəd arasında müxtəlif mərhələlər üzrə keçirilən müsabiqədə qalib gələrək şirkətin əməkdaşları sırasına qoşulub.