Xəbərlər

BANM THİK-in Kings of 64 adlı şahmat turniri keçirilib

        Bakı Ali Neft Məktəbində (BANM) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Şahmat Klubunun “Kings of 64” adlı şahmat turniri keçirilib. BANM THİK-in təşkilati və maliyyə dəstəyilə keçirilən turnirdə İsveçrə sistemində olduğu kimi hər şahmatçıya 10 dəqiqə vaxt verilib. Turnirdə oyunçular şahmat bilikləri səviyyəsinə görə “Masters” (professional oyunçu) və “Challengers” (yeni başlayan oyunçular) qruplarına bölünüb.

 

      "Kings of 64" turnirinin yekun nəticələrinə əsasən “Masters” qrupu üzrə birinci yeri  İbrahim Şərifov, ikinci yeri Nizam Zahidli, üçüncü yeri isə Vüsal Kərimov tutub.  “Challengers” qrupu üzrə isə  birinci yer Tərxan İmanov, ikinci yeri Fərid Qəniyev, üçüncü yeri isə Azər Əliyev qazanıb. Hər iki qrup üzrə qaliblər kuboklarla mükafatlandırılıblar. Qruplar üzrə ilk 3 yerin qalibləri isə medallarla təltif olunublar.

 

      BANM THİK-in sədri Zaur Məmmədzadə qalibləri təbrik edib, şahmata tələbələrimizin diqqətinin böyük olduğunu və BANM-da bu tipli turnirlərin tez-tez müxtəlif formatlarda təşkil olunacağını  bildirib.