Xəbərlər

BANM-ın rektoru Elmar Qasımov Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovu təbrik edib

            Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Vaqif Abbasovu 65 illik yubileyi münasibətilə təbrik edib. Rektor Vaqif Abbasovun Azərbaycanın təhsili və neft-kimya sənayesinin inkişafında böyük rolu olduğunu bildirərək, bu fədakar əməyi Azərbaycan hökuməti və ölkə ictimaiyyətinin də  yüksək qiymətləndirdiyini qeyd edib. Elmar Qasımov deyilənlərə sübut olaraq  Vaqif Abbasovun “Qabaqcıl təhsil işçisi” döş nişanına, “Azərbaycanın əməkdar müəllimi” fəxri adına, “Şöhrət” ordeninə və onlarla digər mükafatlara layiq görüldüyünü vurğulayıb. Ali Məktəbin rektoru Vaqif Abbasova onun uğurlu fəaliyyətindən bəhs edən Ünvannaməni təqdim edib.

 

          Qeyd edək ki, Vaqif Abbasov 950-yə yaxın elmi əsər, xaricdə dərc olunmuş 267 məqalə və tezislər, 50-dən çox patent, 13 monoqrafiya, 20 dərslik, 18 dərs vəsaitinin müəllifi olaraq Azərbaycan elminin və təhsilinin inkişafına verilən böyük töhfələr verib.