Xəbərlər
BANM-də Elmi Şuranın növbəti iclası keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının iclası olub. Ali Məktəbin rektoru, eyni zamanda Elmi Şuranın sədri Elmar Qasımov Şuranın bütün üzvlərini salamalayaraq görüşü öz sözlərilə açıb. Rektor Ali Məktəbin son nailiyyətləri və yenilikləri haqda danışıb, Şuranın fəaliyyəti ərzində öz həllini tapmış böyük məsələləri vurğulayıb, daha sonra Şuranın gündəliyində olan məsələləri iştirakçıların nəzərinə çatdırıb.
İclasda “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedralarının işlərinə dair məsələr, həmçinin Ali Məktəbin yeni strukturu və inzibati idarəçilik məsələləri, payız və yaz semestrinin qiymətləndirilməsi qaydalarındakı yeniliklər, yen magistr hazırlığının tədris planları və s. müzakirə edilib. İclasda müzakirə edilən bütün məsələlər ümumi səsverməyə qoyularaq müvafiq qərarlar qəbul olunub.