Xəbərlər

BANM-də Layihə İdarəetmə Məktəbinin Layihədə liderlik, menecment və kommunikasiya adlı kursu keçirildi

Bakı Ali Neft Məktəbi (BANM), İngiltərənin TwentyEighty Strategy Execution (STRATEX) şirkəti,  BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən və ABŞ-ın  Corc Vaşinqton Universitetinin Magistr sertifikatı ilə təmin edən təlim proqramı - Layihə İdarəetmə Məktəbinin növbəti modulu keçirilib. Məktəbin “Stream 17” adlı qrupuna“Layihədə liderlik, menecment və kommunikasiya” adlı modulunu Stratex şirkətinin ən peşəkar təlimçilərindən olan Con Pelham keçib. Kursun əsas məqsədi mühüm liderlik səriştələri üçün möhkəm bünövrəni təmin etmək və iştirakçılara həqiqətən dəyişikliyə səbəb olan liderlik təcrübəsində iştirak etmək imkanı verməkdir. Kursun iştirakçıları 3 gün ərzində öz şəxsi liderlik perspektivlərini müəyyən edərək onun təkmilləşdirilməsi, şəxsi Liderliyin İnkişafı Planının işlənməsi və liderlik bacarıqlarının gücləndirilməsi üzərində işləyiblər.

Qeyd edək ki, Dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan Layihə İdarəetmə Məktəbi iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.