Xəbərlər

BANM-in prorektoru Rəşad Həsənov Türk Standartları İnstitutunda

          Bakı Ali Neft Məktəbinin (BANM) Ümumi işlər üzrə prorektoru Rəşad Həsənov Türkiyədə işgüzar səfərdə olub. Səfər zamanı Türk Standartları İnstitutunun (TSİ) icraçı direktoru Mehmet Bozdemir və onun müavini Aykut Kızbaşla görüşən prorektor BANM-in fəaliyyəti haqda danışıb, onun əldə etdiyi uğurlardan və Ali Məktəbdə tədris və idarəetmənin keyfiyyətindən, həmçinin Ali Məktəbdə İSO Standartlarının uğurlu tətbiqinin nəticələrindən danışıb.

 

          Səfər zamanı prorektor TSİ-nin təşkil etdiyi “İSO 9001-2015” Standartının “Keyfiyyət idarəetmə sistemi – Baza bilikləri”, “Risk əsaslı proseslərin idarəedilməsi”, “Keyfiyyət idarəetmə sistemi - Sənədləşdirmə” və “Keyfiyyət idarəetmə sistemi – Daxili audit”  təlimlərində iştirak edərək  müvafiq sertifikatlarla təltif edilib.