Xəbərlər

BANM-də Bərpaolunan enerji: çağırışlar və perspektivlər seminarı

          Bakı Ali Neft Məktəbində (BANM) daimi fəaliyyət göstərən “Bərpaolunan enerji: çağırışlar və perspektivlər” mövzusunda seminarın növbəti iclası keçirilib. Seminarda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov, BANM-in Ömürboyu təhsil fakültəsinin dekanı Rəna Mustafayeva,   BANM-in Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin müdiri Sənan Eminov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə həmçinin Bakı Mühəndis Universitetin və Azərbaycan Milli Aviasiya Akademiyasının təmsilçiləri və müstəqil ekspertlər də dəvət olunublar.

 

          Seminarın iclasında Baki Muhendislik Universitenin muəllimi Etibar Qəhramanovun “Azerbaycan Hibrid (Gunesh, Kulek, Bioqaz) enerji potensialinin CIS (Cografi Informasiya Sistemleri) vasitesile oyrenilmesi” mövzusunda məruzəsi dinlənilib.

 

           O, Coğrafi informasiya sistemi (CİS) haqqında və bu sisteminin istifadə yollarından söyladi. Qeyd olundu ki, Coğrafi informasiya sistemi coğrafi məlumatların toplanması, saxlanması, analiz edilməsi və mövqeyə söykənərək məlumatı göstərməsi üçün istifadə olunan sistemdir. CİS texnologiyası rəqəmsal məlumatı müxtəlif yaratma metodlara əsaslanır. Ənənəvi metodlardan biri xəritəni və ya tədqiq planı, elektron skanerlərin və xüsusi proqram təminatının köməyi ilə rəqəmsal formaya çevirməkdir

 

            Məruzənin sonunda Etibar Qəhramanov seminar iştirakçılarının suallarını cavablandırıb.

 

            Qeyd edək ki, seminarın elmi rəhbəri - BANM-in neft-qaz mühəndisliyi kafedrasının professoru  Siyavuş Azakovdur. İclaslarda, əsasən, bərpaolunan enerji mənbələrin istifadəsinin texnologiyaları və bu sahədə dünya təcrübəsi və Azərbaycanda bərpaolunan enerjinin iqtisadi, ekoloji və sosial aspektləri kimi məsələlər müzakirəyə çıxarılır. Müasir  enerjiye qenaet texnoligiyalarindan istifadeye daha cox diqqet verilir.