Xəbərlər

BANM-in tələbələri Azərbaycanın Yunanıstandakı səfirliyində

          Cari ilin yaz semestrini Yunanıstanın Pirey Tətbiqi Elmlər Universitetində (PUAS) təhsilini davam etdirən Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması  mühəndisliyi”  ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Rəhim Rəhimli və Məmməd Cəbrayılov Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. Azərbaycanın Yunanıstandakı səfirliyində keçirilən tədbirdə fövqəladə və səlahiyyətli səfir  Rəhman Mustafayevlə yanaşı bu ölkənin ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri iştirak ediblər.