Xəbərlər

BANM-də Heriot-Vatt Universitetinin nümayəndələri ilə müzakirələr aparıldı

Bakı Ali Neft Məktəbində (BANM) Heriot-Vatt Universitetinin Beynəlxalq inkişaf üzrə prorektoru Rut Muar və sözügedən ali təhsil müəssisəsinin professoru Kevin Makkalaxın Ali Məktəbin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşü oldu.

 

BANM-in rektoru Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə uğurlu addımların atıldığını bildirdi. Rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Britaniyanın bu nüfuzlu universiteti ilə əlaqələri genişləndirməsi, xüsusilə magistratura sahəsində əməkdaşlığın detallarının müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.

 

Görüşdə BANM-lə Heriot-Vatt Universiteti arasında bakalavr, eyni zamanda magistratura pilləsi üzrə əməkdaşlıq, imtahanlara nəzarət prosedurlarının həyata keçirilməsi və digər məsələlər  müzakirə olundu.