Xəbərlər
Rektor Elmar Qasımov plagiatçılığa qarşı tətbiq olunan qaydalar barədə danışıb
AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən “Plagiatçılıq və onunla mübarizə” mövzusunda respublika elmi-praktiki seminarında Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov “Turnitin antiplagiat sisteminin Bakı Ali Neft Məktəbində tətbiqi” mövzusunda məruzə ilə çıxış edib. Rektor Elmar Qasımov öz məruzəsində rəhbərlik etdiyi Ali Məktəblə “Turnitin” arasında imzalanmış, bu şirkətin təcrübəsinin öyrənilməsini və BANM-də tətbiqini nəzərdə tutan əməkdaşlıq müqaviləsi haqqında məlumat verib. O, “Turnitin” sistemi haqqında qısa statistik məlumat, sistemin əsas imkanları, tədrisdə plagiat problemi və Ali Məktəbdə plagiatçılığa qarşı tətbiq olunan qaydalar barədə də danışıb.
Xatırladaq, sözügedən seminarda İngiltərənin “Turnitin” şirkətinin mütəxəssisi Katya Levçenko, İngiltərənin Koventri Universitetinin professoru Dr.Tomas Lankaster, həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə çıxış ediblər.