Xəbərlər
BANM-in tələbələri beynəlxalq şirkətlərdə təcrübədə
Bakı Ali Neft Məktəbinin (BANM) “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə II kursda təhsil alan tələbələri Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərdə - Emerson Process Management, Schneider Electric, AVANDSIS GROUP, Atenau LTD, həmçinin NÖC ( Nəzarət Ölçü Cihazları və Avtomatika MMC) şirkətində yay təcrübəsi keçirlər. Təcrübə 10-30 gün müddətində iyul-avqust aylarında təşkil olunur.
Təcrübə müddətində tələbələr bu şirkətlərdə senaye ölçü cihazları, icraedici qurğular, proses idarəetmə və nəzarət qurğuları, onların quraşdırılması, sazlanması, simulyasiyası və s. barədə həm nəzəri həm də praktiki biliklər əldə edirlər. Bununla yanaşı, tələbələrə enerji səmərəliliyinin artırılması, ev avtomatika sistemi haqqında məlumat verilir.
Tələbələr texnoloji prosesin mərhələləri üzrə istehsalatın gedişatı haqqında biliklər əldə etməklə həm də praktiki vərdişlərə yiyələnirlər.
Xatırladaq ki, BANM-in “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 3 və 4-cü kursların 17 tələbəsi “BP Exploration” şirkətində 10 həftə müddətində yay təcrübəsi keçirlər.