Xəbərlər
BANM-də qanvermə aksiyası keçirilib
“Bakı Ali Neft Məktəbinin (BANM) işçiləri arasında xeyriyyə məqsədi ilə qanvermə aksiyası keçirilib. Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı ilə SOCAR-ın birgə təşəbbüsü və hazırladıqları qrafikə uyğun olaraq aparılıb.
“Tədbir SOCAR-ın işçilərə tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəis müavini İlqar Haqverdiyevin nəzarəti ilə baş tutub. Kampaniyada Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutun Mərkəzi Qan Bankının səyyar həkim briqadasına Qan Bankının şöbə müdiri Gülarə Abbasova rəhbərlik edib. Həkim briqadası aksiya çərçivəsində donorlara yüksək tibbi xidmət göstərib.
“Qeyd edək ki, SOCAR-ın işçiləri arasında keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaqdır.