Xəbərlər
BANM-in tələbələri Norveçdə keçirilən beynəlxalq yarışmada iştirak ediblər
Bakı Ali Neft Məktəbinin (BANM)“Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil 3 tələbəsi - Muradov Riyad, Orucov Qurban, Məmişov Ramil Norveçin Stavanger şəhərində keçirilən SPE Azərbaycan Neft Mühəndisləri İctimai Birliyinin adlı SPE Beynəlxalq ictimai Birliyin "PetroBowl" yarışmasında iştirak ediblər.
SPE Azərbaycan Neft Mühəndisləri I. B. texniki biliklərin mübadiləsini təmin edən, kəşfiyyat və hasilat sektorunda ölkədəki gənc peşəkarları dəstəkləyən vahid neft mühəndisləri təşkilatıdır. SPE International - Beynəlxalq Neft Mühəndisləri Birliyinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biri beynəlxalq "PetroBoul" yarışmasıdır, yarışma ildə bir dəfə SPE- nin İllik Texniki Konfrans və Sərgisi zamanı keçirilir. Bu yarışmasında tələbələr komanda şəklində iştirak edirlər. Yarışma ard-arda gələn mərhələlərdən ibarətdir və hər bir mərhələdə iştirakçı komandalara texniki və qeyri-texniki suallara cavab verirlər. Yarışma 2002-ci ildən bəri öz ölçüsünə və populyarlığına görə məhşurlaşmışdır və 2015-ci ildə yarışmasının 6 regionda təqdim olunması ilə dünyəvi səviyyəyə qalxmışdır.