Xəbərlər

Bakı Ali Neft Məktəbində valideynlərlə görüş keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Proseslərin avtomatlaşdırılması  mühəndisliyi” ixtisası üzrə təhsil alan I kurs tələbələrinin valideynləri ilə görüş keçirildi.

 

BANM-in rektoru Elmar Qasımov valideynləri salamlayaraq bildirib ki, Ali Məktəbdə tələbələrlə və onların valideynləri ilə görüşlərin keçirilməsi artıq ənənəvi hal alıb. Rektor Elmar Qasımov Ali Məktəbin ali təhsillə təmin edərək, gənclərin sosiallaşmasına dəstək olaraq, onların yetkin həyata hazırladığını deyib və bu prosesdə valideynlərin rolunun əvəzsiz olduğunu bildirib. Bu nöqteyi-nəzərdən rektor valideynləri onların övladlarının vətənpərvər ruhda, peşəkar, məsuliyyətli, nizam-intizamlı kadr kimi yetişmələri və ölkənin parlaq gələcəyi naminə Ali Məktəbin apardığı quruculuq siyasətinə dəstək olmağa və bu istiqamətdə birgə addımlar atmağa çağırıb. Elmar Qasımov Ali Məktəbin bütün kollektivinin bir ailə olduğunu deyərək burada tələbələr üçün yaradılan şəraitin, verilən təhsilin, o cümlədən təlim-tərbiyə işlərinin yüksək səviyyədə olduğunu deyib və tələbələrin sosiallaşmış peşəkar kadr kimi yetişməsi üçün keçirilən tədbirlər, istehsalat təcrübələri barədə danışıb. Elmar Qasımov BANM-in yüksək səviyyədə istehsalat təcrübəsini təşkil etməklə və gələcək məzunlarının indidən karyeralarının bünövrəsini qurmaqla onların həyatda öz yerlərini tutmasına dəstək verdiyini diqqətə çatdırıb.

 

Görüşdə valideynlər övladlarının uğurları, çətinlikləri, psixoloji durumları barədə məlumatlandırılıb, bir sıra məsələlər müzakirə olunub və tövsiyələr verilib.  

 

Həmçinin görüşdə iştirak edən İngilis dili və humanitar fənlər mərkəzinin müdiri Kəklik Gözəlova və mərkəzin müəllimləri, "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" kafedrasının müdiri Manafəddin Namazov və kafedranın müəllimləri, həmçinin Rəhbərlik yanında aparatda psixoloq Zərinə Əliyeva, Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı tələbələrin BANM-də tədris, təlim-tərbiyə mühitinə, onların sosial həyata uyğunlaşması, ictimai fəallıqları ilə bağlı fikirlərini bildiriblər, bu müddət ərzində göstərdiyi nəticələrini valideynlərlə müzakiə edib tövsiyələrini veriblər.

 

Sonda görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

 

Görüşün sonunda valideynlər keçirilən səmərəli görüşə və onların övladları üçün yaradılan hərtərəfli şəraitə görə BANM-in rəhbərliyinə minnətdarlıq edərək Ali Məktəbdə övladlarının inkişafı istiqamətində aparılan işlərə dəstək olacaqlarını deyiblər.