Xəbərlər

Bakı Ali Neft Məktəbi “TEKNOFEST 2026”nın finalında ölkə üzrə ən çox komanda ilə iştirak edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) 36 komandası 30 sentyabr - 4 oktyabr tarixlərində Türkiyədə keçiriləcək “TEKNOFEST 2026”nın final mərhələsinə vəsiqə qazanıb.

Bu nəticə ilə BANM ölkə üzrə finalda ən çox komanda ilə təmsil olunan ali təhsil müəssisəsidir.

Komandalar maliyyə texnologiyaları, kənd təsərrüfatı texnologiyaları, mədən texnologiyaları, Pardus xəta aşkarlama və təklif yarışması, blokçeyn texnologiyaları, universitet tələbələrinin tədqiqat layihələri, sıfır tullantı və dairəvi iqtisadiyyat, asılılıqlarla mübarizə texnologiyaları və Roboliq olmaqla ümumilikdə 9 kateqoriyada innovativ layihələrini təqdim edəcəklər.

Layihələr süni intellekt, rəqəmsallaşma, dayanıqlı inkişaf, ekoloji problemlərin həlli, istehsal proseslərinin optimallaşdırılması və müasir təhlükəsizlik texnologiyaları kimi aktual istiqamətləri əhatə edir.