Xəbərlər

kıBakı Ali Neft Məktəbinin prorektoru Dünya Enerji Universitetləri Assosiasiyasının Katiblik görüşlərində iştirak edib

Bakı Ali Neft Məktəbinin (BANM) Strateji inkişaf üzrə prorektoru Güldənə Hidayətli Çin Neft Universitetinin təşkil etdiyi Dünya Enerji Universitetləri Assosiasiyasının (WEUN) Katiblik görüşlərində iştirak edib.

O, Pekin şəhərində keçirilən görüşlərdə Bakı Ali Neft Məktəbi haqqında təqdimatla çıxış edib.

Tədbirlərdə Dünya Enerji Universitetləri Assosiasiyasına üzv olan ali təhsil müəssisələri və tədqiqat institutları arasında yeni beynəlxalq əməkdaşlıqların qurulması, birgə akademik proqramların hazırlanması, tələbə və akademik heyət mübadiləsi, birgə təcrübə proqramları və mübadilə layihələri, həmçinin birgə tədqiqatların aparılması və sosial layihələrin təşkili məsələləri müzakirə olunub.

BANM-in prorektoru, eyni zamanda, Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universitetinin birgə təşkil etdiyi Yay Məktəbi layihəsinin genişləndirilməsi imkanları barədə də fikir mübadiləsi aparıb. Çin Neft Universitetinin tələbə və müəllim heyəti BANM tərəfindən təşkil olunan bu proqramı yüksək qiymətləndirib.

Prorektor bir sıra universitetlərlə potensial əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün ayrıca görüşlər də keçirib.