Xəbərlər
BANM-in rəhbər işçi və əməkdaşları üçün Peşə etikası kursu keçirilir
Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər işçi və əməkdaşları üçün SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) tərəfindən “Peşə etikası” üzrə təlimatlandırma kursu keçirilir. Kursun təlimatçısı TTSİ-nin Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin rəis müavini Rəsul Hacıyevdir. Kurslarda BANM-in 70-ə yaxın əməkdaşı iştirak edir.
“Peşə etikası” təlimatlandırma kursunun keçirilməsi peşə etik normaları, yaranan problemlərin etik qaydalara uyğun aradan qaldırılması üsulları, konkret hadisələrdə davranış qaydaları, fəaliyyət zamanı əxlaqi dəyərlərin rolu, rəhbər və işçi heyəti arasında münasibətlərin düzgün qaydada tənzimlənməsi haqqında biliklərin öyrənilməsinə yönəlib.
Yekunda keçirilən təlimatlandırma kursu üzrə imtahan təşkil olunur. İmtahanı müvəffəqiyyətlə verən iştirakçılar ISO standartlarına cavab verən beynəlxalq səviyyəli sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, “Peşə etikası” təlimatlandırma kursu qruplar üzrə bölünmüş işçi heyətinə 2 iş günü ərzində istehsalatdan ayrılmamaq şərti ilə keçirilir.