Xəbərlər
SOCAR-ın Bakı Ali Neft Məktəbinə (BANM) qəbul olan abituriyentlərin nəzərinə!
BANM-ə bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələr 28 avqust saat 11:00-dan 8 sentyabr saat 18:00-dək https://portal.edu.az/ sistemindən elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Portalda qeydiyyat zamanı yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Portala aşağıdakı sənəd yüklənilməlidir (yalnız imtiyazı olan tələbələr üçün):
1. Təhsil haqqı güzəşt və təhsil haqqından azad olunmaq barədə sənədin surəti.
• Portal qeydiyyatından sonra müqavilənin təhvil verilmə vaxtı ilə bağlı sizinlə əlaqə saxlanılacaqdır.
• Əlaqə nömrəsi: (012) 521-33-63 (daxili: 33052), mobil: 050-843-30-23
Qeyd: Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və ali məktəbin tələbələri sırasına daxil edilməyəcəkdir.
