Xəbərlər
BANM-ın 2025-ci il məzunları SOCAR-da çalışır
Qafar Qafarov: 2023-cü ildə Bakı Ali Neft Məktəbinin “Biznesin təşkili və idarə edilməsi (Menecment)” ixtisası üzrə MBA proqramına qəbul olub.
MBA proqramını 89 ballıq Orta Müvəffəqiyyət Göstəricisi (GPA) ilə bitirib.
Hazırda “SOCAR Capital” MMC-də İctimaiyyətlə əlaqələr və kommunikasiya seqmentinə rəhbərlik edir.
SOCAR prezidenti Rövşən Nəcəfin müvafiq əmri ilə Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub.
Uğurlu PR və kommunikasiya təcrübəsi:
Peşəkar fəaliyyətinə 2011-ci ildə “Petkim Petrokimya Holdinq”də İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi başlayıb.
2012–2016-cı illərdə “SOCAR Türkiyə” şirkətində Birinci vitse-prezidentin İctimaiyyətlə əlaqələr üzrə köməkçisi vəzifəsində çalışıb.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi TANAP, STAR NEZ, SOCAR Terminal, Petkim RES və SOCAR Fiber kimi meqa layihələrin, eyni zamanda SOCAR-ın 2016, 2021, 2025-ci illərdə buraxdığı istiqraz emissiyaları ilə bağlı PR və kommunikasiya kampaniyalarının təşkili və icrasında fəal iştirak edib.
