Xəbərlər

BANM dosenti Qazax-Ağstafa bölgəsindəki elmi-praktiki seminarda əsas məruzəçi qismində çıxış edib.

“Avey” və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət qoruqlarının birgə təşkilatçılığı ilə Qazax-Ağstafa bölgəsində “Daşdan yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar keçirilmişdir. Seminarın əsas məruzəçisi Bakı Ali Neft Məktəbinin dosenti, tarix üzrə fəlsəfə doktoru Pərvin Ahənçi olub.

Onun təqdim etdiyi “Daşdan Yaddaşa: Qazax-Ağstafa bölgəsindəki Alban Abidələri, Kimlik və Kollektiv Yaddaş” adlı təqdimatda Qazax bölgəsində yerləşən Damcılı mağarası, alban kilsə qalıqları, xaçdaşlar və yazılı kitabələrin həm maddi mədəniyyət nümunəsi, həm də kollektiv yaddaşın formalaşmasında mühüm rol oynayan simvolik məkanlar olduğunu vurğulanmışdır.