Xəbərlər
BANM-ın 24 yaşlı müəllimini tanıyaq!
Kənan Məmmədov: Neft-qaz mühəndisliyi kafedrasının müəllimi
2000-ci ildə anadan olub.
2017-ci ildə 665 bal toplayaraq BANM-ın Neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.
Bakalavriat səviyyəsini birincilik və fərqlənmə ilə bitirib.
2022-ci ildə 93 balla BANM-ın Yatağın qiymətləndirilməsi və idarə olunması ixtisaslaşmasına daxil olub.
2024-cü il Ali Məktəbin magistratura birincisi – İlin magistr tələbəsi seçilib.
Tələbəlik illərində uğurları:
Akademik Xoşbəxt Yusifzadə adına təqaüdə layiq görülüb.
SPE “PetroBowl” yarışını qazanaraq ölkəmizi ABŞ və Dubayda təmsil edib.
“Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”nda elmi iş I yerə layiq görülüb.
COP 29 çərçivəsində keçirilən ideathon yarışında üzvü olduğu komanda I yeri qazanıb.
2024-cü ildə Neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olub.
Hazırda BANM-da Neft-qaz mühəndisliyi kafedrasının müəllimidir.
Müəllimlərimizi təbrik edir, onlarla qürur duyuruq!