Xəbərlər

GİP-in iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib

Gənc İstedadlar Proqramının (GİP) iştirakçılarının SOCAR-da təcrübəyə başlamaları münasibətilə tədbir keçirilib.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayeva və Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov iştirak və çıxış ediblər. 
BANM tələbələrinin də proqramdan faydalandığı diqqətə çatdırılıb. Bu il Ali Məktəbin 40 tələbə və məzunu proqramda iştirak etmək hüququ əldə edib. İndiyədək 72 məzun və tələbə Gənc İstedadlar Proqramının qalibi olub. 
Qeyd olunub ki, ümumilikdə 175 məzun proqramı yüksək göstəricilərlə tamamlayaraq SOCAR-da işlə təmin olunub. Hər il ən uğurlu məzunlar arasından seçilmiş qaliblər “SOCAR Türkiyə”də çalışma imkanı qazanır. 2022-ci ildən bəri 6 nəfər burada işə qəbul edilib.
Seçim mərhələlərinə 2809 namizəd cəlb edilib, onlardan 133 nəfər proqramda iştirak hüququ qazanıb. Seçilmiş gənclər ölkə üzrə 14 ali təhsil müəssisəsini təmsil edir.