Xəbərlər

Rektor Niderlandda ölkəmizi təmsil edəcək tələbələrlə görüşüb

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Niderlandın "Startupbootcamp" akselerasiya proqramında ən yaxşı 30 layihə arasına seçilən "CLIMASEL" layihəsinin iştirakçılarını qəbul edib.

Rektor tələbələrin bu nailiyyətini yüksək qiymətləndirib, onları təbrik edib. Layihənin Niderlandda təqdimatı zamanı iştirakçılara uğurlar arzulayıb.

“CLIMASEL”  layihəsi Enerji və ətraf mühit kateqoriyasında 2000 layihə arasından seçilib.   “CarbonX” komandasına 25 min avro investisiya ayrılıb, eləcə də 3 aylıq akselerasiya proqramında iştirak etmək hüququ qazanıb.