
Xəbərlər
Prezident təqaüdü almaq uzun müddətdir ki, hədəflərimdən biri olub
Amalya Əliyeva: 692.5 bal
İxtisas: İnformasiya təhlükəsizliyi
Məzun olduğu məktəb: Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyi fərqlənmə attestatı ilə bitirib
Prezident təqaüdü almaq uzun müddətdir ki, hədəflərimdən biri olub.
8-ci sinifə qədər cərrah olmağı düşünürdüm. Lakin distant təhsilə keçdiyimiz dönəmdə texnologiyanın əhəmiyyətini daha dərindən anladım və IT sahəsinə yönələcəyimdən əmin oldum. Lakin hansı universitet və ixtisası seçəcəyimə hələ qərar verməmişdim. 9-cu sinifdə oxuyarkən, yaxınlarımdan biri üçün universitetlər barədə araşdırma edirdim. Elə həmin vaxt BANM ilə tanış oldum. Tələbələrin sosial fəallığı və əldə etdiyi uğurlar mənim çox diqqətimi çəkdi. İxtisas haqqında daha çox məlumat əldə etdikdən sonra qərarım tam olaraq formalaşdı. Gələcəkdə öz sahəmdə ən bacarıqlı mütəxəssislərdən biri olmaq istəyirəm. Bunun üçün daim özümü inkişaf etdirmək və bütün imkanlardan yararlanmaq niyyətindəyəm. Hətta kibertəhlükəsizliyi ən yüksək səviyyədə təmin edən texnologiya şirkəti qurmağı düşünürəm.