Xəbərlər

Ölkənin ən potensiallı 102 tələbəsi arasında olmaq mənim üçün çox dəyərlidir

Nəzrin Miriyeva: 692.8 bal

İxtisas: İnformasiya təhlükəsizliyi

Məzun olduğu məktəb: Bakı şəhəri, 287 nömrəli “Zəkalar” liseyini fərqlənmə attestatı ilə bitirib.

Prezident təqaüdünü qazanmaq mənim üçün böyük bir qürur və nailiyyətdir. Ölkənin ən potensiallı 102 tələbəsi arasında olmaq deməkdir və bu siyahıya daxil olmaq mənim üçün çox dəyərlidir.

BANM-ı seçməyimin əsas səbəbi onun ölkənin ən prestijli Ali Məktəbi olmasıdır. Burada tədrisin ingilis dilində olması qlobal biliklərə daha asan çıxış imkanı yaradır. Bacım da BANM-ın Kimya mühəndisliyi ixtisasında III kursda oxuyur. Onun təcrübəsindən faydalanaraq buradakı təhsil keyfiyyəti haqqında məlumat əldə etdim. IT marağımı çəkirdi və bu sahədə inkişaf etmək istəyirdim, ona görə də İnformasiya təhlükəsizliyi ixtisasını seçdim. 

Gələcəkdə “TOP” universitetlərdən birində təhsilimi davam etdirməyi qarşıma məqsəd qoymuşam. Bu məqsədə çatmaq üçün akademik göstəricilərimi yüksəltmək, dil biliklərimi təkmilləşdirmək və müxtəlif fəaliyyətlərə, könüllülük proqramlarına qoşulmaq üzərində çalışıram.