Xəbərlər

Elmar Qasımov doktorantura pilləsinə qəbul olan tələbələrlə görüşdü

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov doktorantura pilləsinə qəbul olan tələbələrlə görüşüb.

Görüşdə Kimya texnologiyası və mühəndisliyi ixtisası üzrə Elmar Əsgərzadə, Arzu Abdullayeva, Rəvan Kərimli, Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə) ixtisası üzrə Aydın Nəsirzadə, eləcə də Neft və qaz yataqlarının işlənməsi və istismarı ixtisası üzrə təhsil alan Kənan Məmmədov iştirak ediblər.

Tələbələri təbrik edən rektor onlara təhsillərinin yeni pilləsində uğurlar arzulayıb. Onların elmi fəaliyyətlərinin Azərbaycan və dünya enerji sektoruna mühüm töhfələr verəcəyini vurğulayıb.

Öz növbəsində, tələbələr BANM-ın müasir təhsil və elmi mühitindən faydalanaraq, öz sahələrində mühüm elmi nailiyyətlər əldə etməyi hədəflədiklərini qeyd ediblər.