Xəbərlər
BANM rektoru Elmar Qasımov “Strateji rəhbərlərin inkişafı Proqramı”nı uğurla başa vurub
SOCAR-ın, Türkiyənin Boğaziçi Universitetinin və Bakı Ali Neft Məktəbinin birgə əməkdaşlığı ilə təşkil olunan “Strateji rəhbərlərin inkişafı Proqramı”nın məzun tədbiri keçirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Boğaziçi” Universitetinin prorektoru Gürkan Selçuk Kumbaroğlu proqramı uğurla başa vuran məzunlara sertifikatlar təqdim edilib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da Proqramda iştirak edib və uğurla başa vurub. “Ən yaxşı məzun” nominasiyasına layiq görülüb.
Bununla yanaşı, proqramı uğurla başa vuran məzunlar sırasında Ali Məktəbin Keyfiyyətin təminatı şöbəsinin rəisi Güldənə Hidayətli və Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov da yer alıb.
Proqramı təşkil etdiklərinə görə, Bakı Ali Neft Məktəbi olaraq, SOCAR-ın prezidenti cənab Rövşən Nəcəfə və SOCAR-ın vitse-prezidenti Ziba xanım Mustafayevaya təşəkkürümüzü bildiririk.