Xəbərlər

Bakı Ali Neft Məktəbinin əməkdaşları təltif olunublar

Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlardan biri də SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya texnologiyaları kafedrasının müdiri Allahverdiyeva Nailə Rizvan qızıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Eyni zamanda, SOCAR-ın prezidenti Rövşən Nəcəfin əmri ilə İnsan resursları şöbəsinin rəisi Səbinə Hüseynova SOCAR-ın "Fəxri Neftçi" Döş nişanı ilə təltif olunub. Bundan başqa, Ali Məktəbin Davamlı təhsil fakültəsinin dekanı Rövşən Budaqov, Rəhbərlik yanında aparat böyük mühəndis Tural İbrahimov və İngilis dili humanitar fənnlər mərkəzinin baş müəllimi Aynurə İbadova SOCAR-ın "Fəxri Fərmanı" ilə təltif ediliblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2001-ci il Sərəncamına əsasən hər il “Əsrin müqaviləsi”nin imzalandığı tarix - sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.

Əməkdaşlarımıza göstərdiyi etimada görə SOCAR prezidenti cənab Rövşən Nəcəfə BANM kollektivi adından təşəkkürümüzü bildiririk. Əməkdaşlarımızı ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.