Xəbərlər
BANM-ın Neftçi Mühəndisləri Cəmiyyəti tərəfindən üç yeni layihəyə start verilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neftçi Mühəndisləri Cəmiyyəti (SPE BHOS SC) tərəfindən üç yeni layihəyə start verilib.
"PetroSphere Basics", "Excel for Business" və "Oil Refinery" adlı kursların məqsədi tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrini təmin etməkdir.
Təlimçilər arasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Qiymətləndirmə və monitorinq sektorunun Böyük məsləhətçisi Namiq Nəsibov, “SOCAR Downstream Management” şirkətinin Proses mühəndisi Səmra Quliyeva və Ali Məktəbin məzunu, “bp Azərbaycan” şirkətinin Rezervuar mühəndisi Xalid Orucov iştirak edirlər.
Layihələr BANM-ın Tələbələrlə iş şöbəsinin dəstəyi ilə həyata keçirilir.