Xəbərlər
Bakı Ali Neft Məktəbi Yeni Mentorluq Təşəbbüsü ilə “Lider xanımlar” proqramını genişləndirir
Bakı Ali Neft Məktəbi (BANM) “Lider xanımlar” (Ladies Lead) adlı layihəsinin genişləndirilməsini qürurla elan edir. 2023-cü ildən bəri içra olunan layihənin məqsədi xanım tələbələri müxtəlif sənayelərdə çalişan uğurlu xanım liderlərlə birləşdirərək gücləndirməkdir.
İndi proqram mentorluq komponentinin tətbiqi ilə daha da gücləndirilir, harada ki, yuxarı kurs xanım tələbələri və məzunları aşağı kurs xanım tələbələrinə mentorluq edəcəklər.
“Lider xanımlar” proqramı yeni mentorluq istiqaməti ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri, xüsusən də Gender Bərabərliyi üzrə SDG 5 və Keyfiyyətli Təhsil üzrə SDG 4 ilə sıx uyğunlaşır.
Qadınlar arasında liderlik bacarıqlarını, inamı və şəbəkələşmə imkanlarını inkişaf etdirməklə, proqram gender bərabərliyinin təşviqinə fəal töhfə verir. Bu təşəbbüs daha inklüziv və dəstəkləyici akademik mühitin formalaşmasında mühüm rol oynayır. Bu mentorluq vasitəsilə iştirakçılar nəinki əvəzolunmaz peşəkar fikirlər əldə edirlər, həm də onların akademik və şəxsi inkişafını artıran davamlı əlaqələr qururlar. Xanım tələbələrimizi uğur qazanmaq üçün lazım olan alətlər, resurslar və rol modelləri ilə təchiz etməklə, BANM hər bir tələbəni inkişaf etmək imkanı olan müxtəlif və inklüziv icma yaratmaq öhdəliyini gücləndirir.
2023-cü ildə yarandığı gündən etibarən “Lider xanımlar” proqramı xanım tələbələrin səlahiyyətlərini genişləndirmək və onlara əlaqələr qurmaq, böyümək və lider olmaq üçün platforma təqdim etməyi qarşısına məqsəd qoymuşdur. Bu yanaşma tələbələrə universitet həyatının çətinliklərini həll etməyə kömək etməklə yanaşı, onları lider bacaraqlanı əldə etmək üçün fərdi təlimatla təmin edir.
BANM bütün tələbələri gələcək liderləri yetişdirən “Lider xanımlar” proqramına və onun mentorluq təşəbbüsünə qoşulmağa dəvət edir.