Xəbərlər
BANM-da “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilib
SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) birgə təşkilatçılığı ilə “Mühasiblərin və Auditorların VIII Avrasiya Forumu” keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan Forumda Avropa və Asiya ölkələrinin peşəkar qurumlarının rəhbərləri, eləcə də 50-yə yaxın xarici və 400-ə yaxın yerli mütəxəssis iştirak edib.
Konfransda BANM-ın rektoru Elmar Qasımov, APFM-in sədri Nuriyyə Novruzova eləcə də Azərbaycan Respublikasının maliyyə nazirinin müavini Azər Bayramov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov, Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti, akademik Ziyad Səmədzadə, habelə IFAC-ın prezidenti Asmaa Resmouki və Rumıniya Maliyyə Auditorları Palatasının 1-ci vitse-prezidenti Liliana lonescu-Feleaga iştirak ediblər.
Yaşıl iqtisadiyyat, davamlı inkişaf və ekoloji dəyərlərin tətbiqi ilə bağlı aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.