Xəbərlər
BANM-ın 35 məzunu Dövlət Proqramını qazandı
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 35 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazandı!
Ölkə üzrə Dövlət Proqramının magistratura səviyyəsinə qəbul olanların 10 faizi BANM məzunlarıdır. Bu da Ali Məktəbin məzunlarının say nisbətinə görə ölkədə ən yüksək göstəricidir.
Diplomlarımızın beynəlxalq aləmdə tanınması və məzunlarımızın yüksək biliyə malik olması təhsilimizin keyfiyyətini nümayiş etdirir.
Məzunlarımız ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, İtaliya, Çin, Niderland, Sinqapur və Avstraliya universitetlərində təhsil alacaqlar.
Onlardan 5-i top onluqda olan universitetlərdə oxuyacaq. Məzunlarımızı təbrik edir, qürur duyuruq!