Xəbərlər
Bakı Ali Neft Məktəbinə qəbul olan abituriyentlərin nəzərinə!
28 avqust saat 11:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat prosesinə start veriləcəkdir.
Abituriyentlər 6 sentyabr saat 18:00-dək https://portal.edu.az/ sistemindən qeydiyyatdan keçməlidirlər. Portalda qeydiyyat zamanı yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Portala aşağıdakı sənədlər yüklənilməlidir:
1. Sosial güzəşt kateqoriyasına daxil olan abituriyentlərin müvafiq təhsil haqqı güzəşti və təhsil haqqından azad olunmaq barədə sənəd.
Portal üzərindən qeydiyyatı uğurla tamamladıqdan sonra aşağıdakı sənədlər fiziki olaraq Bakı Ali Neft Məktəbinin Xətai rayonu, Ağ şəhər, 1-ci Xəzər küçəsi, 5 ünvanında yerləşən korpusunda 118 nömrəli otağa təqdim edilməlidir:
• Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplomun və ya arayışın əsli)
• Şəxsiyyət vəsiqəsinin surəti (abituriyentlər üçün - 2 nüsxə, abituriyentlərin hər iki valideyninin şəxsiyyət vəsiqəsinin surəti – 1 nüsxə)
• Sağlamlıq haqqında arayış (forma 086)
• Sosial güzəşt kateqoriyasına daxilolan abituriyentlərin müvafiq sənədlərinin (məcburi köçkünlük, əlillik və s.) notarial qaydada təsdiqlənmiş surəti
• 3x4 sm ölçüdə rəngli 1 ədəd şəkil
Qeyd: Sənədlərin fiziki olaraq təhvil alınması 2 – 10 sentyabr 2024-cü il tarixləri arasında (ancaq iş günləri, saat 09:00-dan –17:00-a kimi) həyata keçiriləcəkdir. Abituriyentlər ilə öncədən əlaqə saxlanılacaqdır.