Xəbərlər
İRİA-nın sədri BANM-in qadın tələbələri ilə görüşdü
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) "Ladies lead Students Chapter” layihəsi çərçivəsində növbəti görüş baş tutub. Bu dəfə layihənin qonağı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva olub.
Azərbaycan cəmiyyətində qadınların rolundan danışan BANM-in rektoru Elmar Qasımov bildirib ki, layihə çərçivəsində rəhbər vəzifələrdə çalışan qadınlarla tələbələrin görüşləri təşkil edilir. İştirakçıların fəallığını yüksək qiymətləndirən rektor bu layihənin tələbələrə faydasından danışıb.
Daha sonra İRİA-nın sədri İnarə Vəliyeva ölkəmizin bütün sahələrdə inkişafına qadınların öz töhfəsini verdiyini diqqətə çatdırıb. O, karyerasında keçdiyi inkişaf yolundan bəhs edib və uğur hekayəsini gənclərlə bölüşüb.
Səmimi keçən görüşün sonunda İnarə Vəliyeva tələbələrin suallarını cavablandırıb.